Azərbaycanda koronavirus: 7148 yoluxma, 7387 sağalma

Foto: Meydan.TV

“22 xəstə vəfat edib”

Fevralın 16-da Azərbaycanda 7148 adam COVID-19 infeksiyasına yoluxub, 7387 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 22 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 759 min 753 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 703 min 952 nəfər müalicə olunaraq sağalıb, 9 min 127 pasiyent ölüb. Aktiv xəstə sayı 46 min 674 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 346, bu günə qədər isə 6 milyon 432 min 504 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 7148 yoluxma, 7387 sağalma