Azərbaycanda koronavirus: 7 ölüm, 34 yeni yoluxma

Koronavirus. Mənbə: Meydan TV

145 nəfərin müalicə olunaraq sağaldığı bildirilir

Martın 22-də Azərbaycanda koronavirusa (COVID-19) 34 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 145 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 781 202 nəfər müalicə olunaraq sağalıb, 9 666 nəfər vəfat edib. 677 nəfər aktiv xəstə sayını təşkil edib”.

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 741, bu günə qədər isə ümumilikdə 6 671 287 test icra olunub”, – deyə məlumatda bildirilir.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 7 ölüm, 34 yeni yoluxma