Azərbaycanda koronavirus: 69 yoluxma, 3 ölüm

“Bugünkü test sayı isə 6271-dir”.

Mənbə: Meydan TV


"40 nəfər sağalıb"

İyulun 12-də Azərbaycanda 69 adam COVİD-19 infeksiyasına yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 3 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 337 min 323 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu göstərilib:

"Onlardan 330 min 802 nəfər müalicə olunaraq sağalıb, 4987 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1534 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 858 min 551 testin aparıldığı qeyd edilib:

"Bugünkü test sayı isə 6271-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 69 yoluxma, 3 ölüm