“26 xəstə vəfat edib”
Fevralın 11-də Azərbaycanda 6603 adam COVID-19 infeksiyasına yoluxub, 6347 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 26 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 732 min 380 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 672 min 256 nəfər müalicə olunaraq sağalıb, 8 min 998 pasiyent ölüb. Aktiv xəstə sayı 51 min 126 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 401, bu günə qədər isə 6 milyon 352 min 994 testin icra olunduğu göstərilib.