“7 xəstə vəfat edib”
Yanvarın 14-də Azərbaycanda 653 adam COVID-19 infeksiyasına yoluxub, 488 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 7 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 624 min 208 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 607 min 885 nəfər müalicə olunaraq sağalıb, 8 min 497 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 826 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 275, bu günə qədər isə 5 milyon 987 min 10 testin icra olunduğu göstərilib.