“6 xəstə vəfat edib”
Yanvarın 8-də Azərbaycanda 630 adam COVID-19 infeksiyasına yoluxub, 521 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 6 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 620 679 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 605 058 nəfər müalicə olunaraq sağalıb, 8 437 pasiyent ölüb. 7 184 nəfər aktiv xəstə sayını təşkil edib”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 262, bu günə qədər isə 5 933 628 testin icra olunduğu göstərilib.