"Hazırda aktiv xəstə sayı 981 nəfərdir"
İyunun 20-də Azərbaycanda 56 adam COVID-19 infeksiyasına yoluxub, 88 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 493 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 981 nəfərdir".
O cümlədən, son sutkada 7 581, hazırkı dövrədək isə 3 675 862 testin aparıldığı göstərilib.