Azərbaycanda koronavirus: 55 yoluxma, ölən yoxdur

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddətdə isə 3722499 testin aparıldığını qeyd edib.

Foto: Meydan TV


"Hazırda aktiv xəstə sayı 803 nəfərdir"

İyunun 26-da Azərbaycanda 55 nəfər COVID-19 infeksiyasına yoluxub, 67 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün yeni koronavirusdan ölüm halının olmadığı vurğulanıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335796 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 803 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddətdə isə 3722499 testin aparıldığını qeyd edib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 55 yoluxma, ölən yoxdur