“8 xəstə vəfat edib”
Dekabrın 29-da Azərbaycanda 530 adam COVID-19 infeksiyasına yoluxub, 1209 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 8 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 615 min 842 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 597 min 754 nəfər müalicə olunaraq sağalıb, 8 min 332 pasiyent ölüb. Aktiv xəstə sayı 9 min 756 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 591, ötən müddətdə isə 5 milyon 842 min 565 testin aparıldığı göstərilib.