Azərbaycanda koronavirus: 518 yoluxma

Source: Meydan Tv

“Aktiv xəstə sayı 19 min 759 nəfərdir”

Dekabrın 13-də Azərbaycanda 518 adam COVID-19 infeksiyasına yoluxub, 871 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 16 xəstənin vəfat etdiyi bildirilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 604 min 998 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 pasiyent ölüb. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 510, bu günə qədər isə 5 milyon 683 min 256 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 518 yoluxma