Azərbaycanda koronavirus: 50 aktiv xəstə var

Foto: Meydan.tv

7 yoluxma, 4 sağalma

Mayın 17-də Azərbaycanda 7 nəfər COVID-19 infeksiyasına yoluxub, 4 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 680 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 921 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 50 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 110, bu günə qədər isə ümumilikdə 6 milyon 858 min 298 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 50 aktiv xəstə var