“2 xəstə vəfat edib”
Aprelin 1-də Azərbaycanda 47 nəfər COVID-19 infeksiyasına yoluxub, 49 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 2 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 979 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 pasiyent ölüb. 347 nəfər aktiv xəstə var”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 339, bu günə qədər isə 6 706 012 testin icra olunduğu göstərilib.