Koronavirus

Mənbə: Meydan.TV

Başlıq: Koronavirus

Azərbaycanda koronavirus: 412 yoluxma, ölən olmayıb

"Hazırda aktiv xəstə sayı 3148 nəfərdir"

İyulun 24-də Azərbaycanda 412 COVID-19 infeksiyasına yoluxub, 125 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirusdan vəfat edənin olmadığı bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 340 057 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5002 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3148 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddətdə isə 3 965 397 testin aparıldığı göstərilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tj8qov

Ən çox baxılan