“Aktiv xəstə sayı 92 nəfərdir”
Aprelin son günü Azərbaycanda 4 nəfər COVID-19 infeksiyasına yoluxub, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 562 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 92 nəfərdir”.
Son sutkada 3 104, hazırkı dövrədək isə 6 814 486 testin aparıldığı göstərilib.