“Vəfat edən olmayıb”
Mayın 12-də Azərbaycanda 4 nəfər COVID-19 infeksiyasına yoluxub, 11 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 655 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 883 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 63 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 915, bu günə qədər isə 6 milyon 845 min 234 testin icra olunduğu göstərilib.