Azərbaycanda koronavirus: 3817 yoluxma, 7541 sağalma

Foto: Meydan TV

“Aktiv xəstə sayı 37 min 972 nəfərdir”

Fevralın 18-də Azərbaycanda 3817 nəfər COVID-19 infeksiyasına yoluxub, 7541 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 25 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda inidyə qədər 768 min 19 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 720 min 865 nəfər müalicə olunaraq sağalıb, 9 min 182 pasiyent ölüb. Aktiv xəstə sayı 37 min 972 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 451, bu günə qədər isə 6 milyon 459 min 513 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 3817 yoluxma, 7541 sağalma