“8 xəstə vəfat edib”
Yanvarın 17-də Azərbaycanda 359 adam COVID-19 infeksiyasına yoluxub, 263 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 8 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 626 085 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8529 pasiyent ölüb. Aktiv xəstə sayı 8779 nəfərdir”.
Son sutkada 4 261, hazırkı dövrədək isə 6 010 761 testin aparıldığı göstərilib.