Azərbaycanda koronavirus: 3361 yoluxma

Foto: Meydan TV

“Aktiv xəstə sayı 14 min 663 nəfərdir”

Yanvarın 27-də Azərbaycanda 3361 adam COVID-19 infeksiyasına yoluxub, 1132 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 643 min 509 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 620 min 182 nəfər müalicə olunaraq sağalıb, 8 min 664 pasiyent ölüb. Aktiv xəstə sayı 14 min 663 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 923, bu günə qədər isə 6 milyon 107 min 416 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 3361 yoluxma