“1 xəstə vəfat edib”
Aprelin 21-də Azərbaycanda 33 nəfər COVID-19 infeksiyasına yoluxub, 19 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 1 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyədək 792 445 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9707 pasiyent ölüb. Aktiv xəstə sayı 135 nəfərdir”.
Son sutkada 4 472, hazırkı dövrədək isə 6 785 398 testin aparıldığı göstərilib.