“4680 nəfər yoluxub”
Fevralın 7-də Azərbaycanda 4680 nəfər COVID-19 infeksiyasına yoluxub, 2134 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 27 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 703 min 334 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 648 min 512 nəfər müalicə olunaraq sağalıb, 8 min 898 pasiyent ölüb. Aktiv xəstə sayı 45 min 924 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 442, bu günə qədər isə 6 milyon 278 min 899 testin icra olunduğu göstərilib.