Azərbaycanda koronavirus: 26 yoluxma, 39 sağalma

Foto: Meydan.TV

“Ölüm halı qeydə alınmayıb”

Aprelin 19-da Azərbaycanda 26 nəfər COVID-19 infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 391 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9706 pasiyent ölüb. Aktiv xəstə sayı 113 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4553, ötən müddətdə isə 6 776 404 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 26 yoluxma, 39 sağalma