Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda koronavirus: 251 yoluxma, ölən olmayıb

"Bugünkü test sayı isə 8479-dur"

İyulun 20-də Azərbaycanda 251 adam COVİD-19 infeksiyasına yoluxub, 79 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirus infeksiyasınadn ölən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 338 min 837 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 331 min 429 nəfər müalicə olunaraq sağalıb, 4994 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2414 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 929 min 320 test aparılıb:

"Bugünkü test sayı isə 8479-dur".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t9pkfn

Ən çox baxılan