“13 xəstə vəfat edib”
Yanvarın 25-də Azərbaycanda 2468 adam COVID-19 infeksiyasına yoluxub, 5 197 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 636 956 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 pasiyent ölüb. Aktiv xəstə sayı 10 533 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525, bu günə qədər isə 6 081 949 testin icra olunduğu göstərilib.