“29 xəstə vəfat edib”
Noyabrın 14-də Azərbaycanda 2422 adam COVID-19 infeksiyasına yoluxub, 2 181 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 29 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 560 853 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 522 431 nəfər müalicə olunaraq sağalıb, 7 445 pasiyent ölüb. Aktiv xəstə sayı 30 977 nəfərdir”.
Son sutkada 12 807, hazırkı dövrədək isə 5 360 316 testin aparıldığı vurğulanıb.