Azərbaycanda koronavirus: 225 yoluxma, 4 ölüm

“Bugünkü test sayı isə 6593-dür”.

Source: Meydan TV


"108 nəfər sağalıb"

İyulun 21-də Azərbaycanda 225 adam COVİD-19 infeksiyasına yoluxub, 108 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 339 min 62 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 331 min 537 nəfər müalicə olunaraq sağalıb, 4998 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2527 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 935 min 913 testin aparıldığı göstərilib:

"Bugünkü test sayı isə 6593-dür".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 225 yoluxma, 4 ölüm