29 nəfərin vəfat etdiyi bildirilir
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, 787 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir".
Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.