Azərbaycanda koronavirus: 22 yoluxma, 48 sağalma

Foto: Meydan TV

“Ölüm halı qeydə alınmayıb”

Aprelin 8-də Azərbaycanda 22 nəfər COVID-19 infeksiyasına yoluxub, 48 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 188 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 252 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 pasiyent ölüb. Aktiv xəstə sayı 233 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 867, bu günə qədər isə ümumilikdə 6 milyon 735 min 182 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 22 yoluxma, 48 sağalma