Azərbaycanda koronavirus: 2146 yeni yoluxma

Məlumatda qeyd olunur ki, son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.

Source: Meydan TV


25 nəfərin vəfat etdiyi açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 838 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir".

Məlumatda qeyd olunur ki, son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 2146 yeni yoluxma