“13 min 292 aktiv xəstə var”
Fevralın 26-da Azərbaycanda 1512 adam COVID-19 infeksiyasına yoluxub, 3698 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 20 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 784 min 260 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 761 min 590 nəfər müalicə olunaraq sağalıb, 9378 pasiyent ölüb. Aktiv xəstə sayı 13 min 292 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 122, bu günə qədər isə 6 milyon 543 min 255 testin icra olunduğu göstərilib.