“Vəfat edən olmayıb”
Mayın 9-da Azərbaycanda 2 nəfər COVID-19 infeksiyasına yoluxub, 2 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxan xəstələrdən vəfat edən olmayıb.
Operativ qərargah Azərbaycanda indiyədək 792 632 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 59 nəfərdir”.
Son sutkada 1 752, hazırkı dövrədək isə 6 836 568 testin icra olunduğu göstərilib.