Azərbaycanda koronavirus: 2 nəfər vəfat edib

“Hazırda aktiv xəstə sayı 815 nəfərdir”.

Source: Meydan TV


65 nəfərin yeni yoluxduğu bildirilir

İyunun 25-də Azərbaycanda 65 nəfər COVID-19 infeksiyasına yoluxub, 89 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335741 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 329959 nəfər müalicə olunaraq sağalıb, 4967 pasiyent ölüb, hazırda aktiv xəstə sayı 815 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7728, ötən müddətdə isə 3713779 testin aparıldığını göstərib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 2 nəfər vəfat edib