“27 xəstə vəfat edib”
Fevralın 23-də Azərbaycanda 1979 nəfər COVID-19 infeksiyasına yoluxub, 7198 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 27 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 779 min 783 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 749 min 524 nəfər müalicə olunaraq sağalıb, 9307 pasiyent ölüb. Aktiv xəstə sayı 20 min 952 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 506, bu günə qədər isə 6 milyon 511 min 864 testin icra olunduğu deyilir.