“24 xəstə vəfat edib”
Dekabrın 3-də Azərbaycanda 1703 adam COVID-19 infeksiyasına yoluxub, 2180 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 24 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 593 min 588 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 560 min 999 nəfər müalicə olunaraq sağalıb, 7 min 929 pasiyent ölüb. Aktiv xəstə sayı 24 min 660 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 211, bu günə qədər isə 5 milyon 578 min 401 testin icra olunduğu göstərilib.