"Hazırda aktiv xəstə sayı 5203 nəfərdir"
Mayın 29-da Azərbaycanda 164 adam COVİD-19 infeksiyasına yoluxub, 419 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 7 pasiyent vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 min 723 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 323 min 617 nəfər müalicə olunaraq sağalıb, 4903 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 5203 nəfərdir".
O cümlədən, ötən müddətdə 3 milyon 503 min 639 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 7004-dür".