Azərbaycanda koronavirus: 1465 yeni yoluxma, 17 ölüm

“805 nəfər sağalıb və evə buraxılıb”

Source: Архив


“805 nəfər sağalıb və evə buraxılıb”

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 62 338 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 47 270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib.

Aktiv xəstə sayı 14 257 nəfərdir.

Ölkədə son sutka ərzində 12 825, hazırkı dövrədək isə 1 417 368 test aparılıb.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 1465 yeni yoluxma, 17 ölüm