Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda koronavirus: 146 yoluxma, 173 sağalma

Məqalə yeniləndi:  24 Sentyabr 2020

2 nəfər vəfat edib

Azərbaycanda daha 146 nəfər koronavirus infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargah açıqlayıb ki, 173 nəfər virusdan sağalaraq evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər isə vəfat edib.

Rəsmi məlumatda bildirilir ki, Azərbaycanda indiyə qədər 39 min 524 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 37 min 122 nəfər müalicə olunaraq sağalıb, 580 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1822 nəfərdir.

Operativ qərargah ötən müddətdə 1 milyon 73 min 255 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 8780-dir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9aer7q

Ən çox baxılan