Azərbaycanda koronavirus: 1448 yeni yoluxma

”Aktiv xəstə sayı 13 831 nəfərdir”.

Source: Meydan TV


11 nəfərin vəfat etdiyi bildirilir

Oktyabrın 14-də Azərbaycanda 1448 adam COVID-19 infeksiyasına yoluxub, 847 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 11 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 496 780 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 pasiyent ölüb. Aktiv xəstə sayı 13 831 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, bu günə qədər isə 4 989 627 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1448 yeni yoluxma