Azərbaycanda koronavirus: 14 xəstə vəfat edib

Foto: Meydan.TV

“1039 nəfər sağalıb”

Dekabrın 30-da Azərbaycanda 510 adam COVID-19 infeksiyasına yoluxub, 1039 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 14 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 616 352 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8346 pasiyent ölüb. Aktiv xəstə sayı 9 213 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, bu günə qədər isə 5 853 336 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 14 xəstə vəfat edib