Azərbaycanda koronavirus: 1346 yeni yoluxma, 15 ölüm

“598 nəfər sağalıb və evə buraxılıb”

Source: Архив


“598 nəfər sağalıb və evə buraxılıb”

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 67 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16 516 nəfərdir.

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 592, ötən müddət ərzində isə ümumilikdə 1 457 177 test aparılıb”, – məlumatda bildirilir.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 1346 yeni yoluxma, 15 ölüm