Azərbaycanda koronavirus: 1310 yoluxma

Foto: Meydan TV

“24 xəstə vəfat edib”

Noyabrın 8-də Azərbaycanda 1310 adam COVID-19 infeksiyasına yoluxub, 1445 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 24 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 548 591 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 xəstə ölüb. Aktiv xəstə sayı 32 097 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 034, ötən müddətdə isə 5 292 250 testin aparılığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 1310 yoluxma