Azərbaycanda koronavirus: 1242 yoluxma, 8 xəstə vəfat edib

Operativ Qərargah Azərbaycanda indiyə qədər 349 316 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib

Source: Meydan TV


"Hazırda 10 007 nəfər aktiv xəstə var"

Avqustun 6-da Azərbaycanda 1242 adam COVID-19 infeksiyasına yoluxub, 345 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 8 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 349 316 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 pasiyent ölüb. Hazırda 10 007 nəfər aktiv xəstə var".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə 4 094 565 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1242 yoluxma, 8 xəstə vəfat edib