Azərbaycanda koronavirus: 12 yoluxma, 13 sağalma

Foto: Meydan TV

Vəfat edən olmayıb”

Mayın 8-də Azərbaycanda 12 nəfər COVID-19 infeksiyasına yoluxub, 13 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 630 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 862 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 59 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 493, bu günə qədər isə 6 milyon 834 min 816 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 12 yoluxma, 13 sağalma