Koronavirus

Mənbə: arxiv

Başlıq: Koronavirus

Azərbaycanda koronavirus: 119 yoluxma, 140 sağalma, 2 ölü

Aktiv xəstə sayı 1917 nəfərdir

Sentyabrın 17-də Azərbaycanda 119 adam COVİD-19 infeksiyasına yoluxub, 140 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə isə ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda indiyə qədər 38 min 777 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 36 min 289 nəfər müalicə olunaraq sağalıb, 571 pasient ölüb.

Hazırda aktiv xəstə sayı 1917 nəfərdir.

Opeariv qərargah ötən müddətdə 1 milyon 35 min 286 testin aparıldığını qeyd edib: “Bugünkü test sayı isə 7601-dir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o8i8tq

Ən çox baxılan