“14 xəstə vəfat edib”
Dekabrın 15-də Azərbaycanda 1156 adam COVID-19 infeksiyasına yoluxub, 1739 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 14 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah bildirib ki, Azərbaycanda infiqə qədər 607 min 76 nəfər yeni koronavirus infeksiyasına yoluxub:
“Onlardan 580 min 495 nəfər müalicə olunaraq sağalıb, 8 min 137 pasiyent ölüb. Aktiv xəstə sayı 18 min 444 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 848, bu günə qədər isə 5 milyon 706 min 189 testin icra olunduğu göstərilib.