“6 xəstə vəfat edib”
Martın 18-də Azərbaycanda 112 nəfər COVID-19 infeksiyasına yoluxub, 234 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 6 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 min 288 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 780 min 536 nəfər müalicə olunaraq sağalıb, 9 mın 647 pasiyent ölüb. Aktiv xəstə sayı 1 min 105 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 153, bu günə qədər isə 6 milyon 656 min 940 testin icra olunduğu göstərilib.