Azərbaycanda koronavirus: 11 yoluxma, 3 sağalma

Foto: Meydan.TV

“Aktiv xəstə sayı 60 nəfərdir”

Mayın 7-də Azərbaycanda 11 nəfər COVID-19 infeksiyasına yoluxub, 3 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 618 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 60 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 841, bu günə qədər isə 6 832 323 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 11 yoluxma, 3 sağalma