Azərbaycanda koronavirus: 104 nəfər yeni yoluxma

“Hazırda aktiv xəstə sayı 1202 nəfərdir”.

Foto: Meydan TV


"1 nəfər vəfat edib, 39 nəfər sağalıb"

İyulun 8-də Azərbaycanda 104 adam COVİD-19 infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 336 788 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1202 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 709, ötən müddətdə isə 3 821 726 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 104 nəfər yeni yoluxma