Azərbaycanda koronavirus: 10 xəstə vəfat edib

Mənbə: Meydan TV

“368 adam yoluxub”

Yanvarın 2-də Azərbaycanda 368 adam COVID-19 infeksiyasına yoluxub, 918 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 10 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 617 min 679 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 601 min 69 nəfər müalicə olunaraq sağalıb, 8 min 375 pasiyent ölüb. Aktiv xəstə sayı 8 min 235 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 435, bu günə qədər isə 5 milyon 876 min 764 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 10 xəstə vəfat edib