Bu gün vəfat edən olmayıb
Mayın 2-də Azərbaycanda 1 nəfər COVID-19 infeksiyasına yoluxub, 5 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 579 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 786 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 84 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1663, bu günə qədər isə 6 milyon 819 min 005 testin icra olunduğu göstərilib.