Azərbaycanda koronavirus: 1 ölüm, 154 nəfər sağalıb

Azərbaycanda indiyə qədər 39 min 188 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Source: Aziz Karimov


Aktiv xəstə sayı 1858 nəfərdir

Sentyabrın 20-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 146 adam infeksiyaya yoluxub, 154 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan bildirilib ki, Azərbaycanda indiyə qədər 39 min 188 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 36 min 755 nəfər müalicə olunaraq sağalıb, 575 pasient vəfat edib. Hazırda aktiv xəstə sayı 1858 nəfərdir.

Eyni zamanda, ötən müddət ərzində 1 milyon 54 min 792 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 6886-dır”.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 1 ölüm, 154 nəfər sağalıb